"Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir" - deputat

4-01-2025, 00:11           
 "Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir" - deputat
“Kommunal xidmətlərin qiymətinin artırılması ilə bağlı davamlı olaraq aidiyyəti qurumlar Tarif Şurasına müraciətlər ünvanlayırlar. Əsaslandırmalarda bir sıra məqamlar göstərilə bilər. Bu, həmin qurumların zərərlə işləməsi, yaxud xidmət keyfiyyətinin səmərəli təşkil edilməsi, o cümlədən dünya bazarında baş verən köklü qiymət dəyişikliyi ilə birbaşa bağlı ola bilər. Sadalanan amillərdən hər hansı birinin əsaslandırılması kommunal xidmətlərin qiymətlərinin artırılmasına səbəb olar. Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, dövlətin siyasətində vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması prioritet olaraq qalır: “Dövlət büdcəsinin sosial yönümlü olması, əksər vəsaitin insan amilinə yönləndirilməsi deyilənlərə sübutdur. Bununla yanaşı, dövlətin siyasətində tənzimləmə, beynəlxalq aləmlə uzlaşma, qiymət siyasətində uyğunluq da vacib elementlərdəndir. Dövlət vətəndaşının daha yaxşı yaşamasında maraqlıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru