“Görün, onlar haralara gedib çatıblar...” – Sabiq deputat Özbəkistan və Azərbayan təhsilini müqayisə etdi

28-01-2025, 11:24           
“Görün, onlar haralara gedib çatıblar...” –
“Təhsildə inkişafa mane olan qüvvələrin təsir gücü böyükdür”

Keçmiş millət vəkili, təhil sahəsi üzrə tanınmış ekspert Etibar Əliyev Özbəkistan və Azərbayanda ali təhsilin səviyyəsi, bu sektorda aparılan islahatları müqayisə edib.

“AzPolitika” xəbər verir , o, əvvəlcə UNEC rektoru, professor Ədalət Müradov Özbəkistanın Ali təhsil sistemi haqqında yazdığı maraqlı statusu xatırladıb.

Professor yazıb: “Keçən həftə Özbəkistanın 10-a yaxın universitetində müzakirələr apardıq. Özbəkistanda da birgə magistr hazırlığına başladıq və UNEC-in təhsil ixracı coğrafiyasını daha da genişləndirdik. Səfər çərçivəsində Özbəkistan ali təhsil sistemində baş verən dəyişikliklərin xüsusiyyətlərini və gələcək perspektivlərini də təhlil etməyə çalışdıq:

- 40 universitetə akademik, idarəetmə və maliyyə muxtariyyəti verilib.

- 2016-cı ildə Özbəkistanda 75 universitet olduğu halda hazırda 217-dir.

- Ali təhsilin əhatəsi 2016-cı ildə 9% idisə, hazırda 40%-dir. 2030-cu ildə bu rəqəmin 50%-ə çatdırılması hədəflənir.

- 30-dan artıq xarici univetsitetin filialları fəaliyyət göstərir və 2030-cu idə 45-ə çatdırılacaq”.

Etibar Əliyev qeyd edir ki, əslində Özbəkistanın ali təhsil sahəsindəki islahatları Azərbayan üçün örnəkdir: “VI çağırş Milli Məclisin deputatı olduğum dövrdə “Ali təhsil haqqında” Qanunun qəbul olunmasına nail ola bilmədik. Məsələ yaz və payız sessiyasının iş planına salınırdı, komitə iclaslarında müzakirə olunmuşdu. Lakin Qanun plenar iclsa çıxarılmadı. Həmin qanunda ali məktəblərə akademik, idarəetmə və maliyyə muxtariyyətinin verilməsi, Ali Attestasiya Komissiyasının ləğv olunması, yalnız bir elmi dərəcənin verilməsi kimi mütərəqqi müddəalar əks olunmuşdu. Düşünürəm ki, VII çağırış Milli Məclis də bu Qanunun qəbul olunmasına çalışmayacaq. Təhsildə inkişafa mane olan qüvvələrin təsir gücü böyükdür. İndi Özbəkistanla aramızdakı məsafəyə diqqət edin. Biz XXI əsrin 25-ci ilində Qanunun qəbul olunması məsələsini müzakirə edirik, onlar isə görün haralara gedib çatıblar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.