Əməkdar artist: “Həyatımda biznesmen olmayıb” - VİDEO

9-10-2017, 14:49           

Əməkdar artist Tünzalə Ağayeva maraqlı açıqlama verib.

Cebhe.info xəbər verir ki, sənətçi “ATV maqazin onlarla” verilişində sponsorlar mövzusunda danışıb.

“Şəxsi sponsorum olmayıb. Yalçın (prodüser Yalçın Cabbarov - red.) mənim həyatımda biznesmen olmayıb. Hər zaman sərmayəçilər tapıb. Bir sənətkarı o qədər sevməlisən ki, hər şeyini qurban verməlisən. Maddi və mənəviyyatını onun uğurları üçün sərf edirsən. Bunu dünyanın bütün ulduzları yaşayır. Məşhur memarlıq abidələrinə çevrilən opera binaları var. Bu, bir divanın xatirinə tikilib. Buna da sponsor deyilir. Milyonçu onun şərəfinə tikdirib, amma şəxsən ondan heç nə istəməyib. Şəxsi sevgisi olub, deyib, uğruna şəhər tikərəm. Hər müğənninin, aktrisanın, pop-divanın bir taleyi var”, deyə T.Ağayeva söyləyib:

“Hər qadın öz hekayəsini danışmalıdır. Hər birimizin həyatında kimlərsə əlimizdən tutub, yardım edib. Biri sona kimi gedib, digəri yarımçıq buraxıb. Özümdən sonra kitab yazacam. Vaxtı gələndə nələrsə danışacam. Görsəm ki, təqaüd vaxtımda aktuallığım itir, hər şeyi etiraf edəcəyəm”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.