"Qışqıra-qışqıra deyirdi ki, Heydər Əliyev heç zaman hakimiyyətə gəlməməlidir..."

10-10-2017, 14:30           
"Qışqıra-qışqıra deyirdi ki, Heydər Əliyev heç zaman hakimiyyətə gəlməməlidir..."
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli saytların birini verdiyi müsahibədə demək olar ki, bütün keçmişini danıb və Elçibəy haqqında xeyli tənqidi fikirlər söyləyib:

"Əbülfəz Elçibəy bir tərəfdən Heydər Əliyevi Bakıya dəvət eləyir, o biri tərəfdən isə hamımıza deyirdi ki, vəzifələrinizi dondurun. Bizi öyrədirdi ki, Heydər Əliyevə qarşı müxalifətdə dayanın. Axı sən Heydər Əliyevi xilaskar kimi, dost kimi Bakıya dəvət eləmisən. Bəs bizə niyə deyirsən ki, vəzifələrinizi dondurun, Heydər Əliyevə qarşı müxalifətdə olun? Azərbaycanda yalançı müxalifətçiliyin əsasını Əbülfəz Elçibəy qoyub. Buna görə yüz minlərlə insanın qəlbi, əqidəsi göynədi, əzab çəkdilər..."


Məşhur YAP-çı, Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu Xeyrəddin Qoca isə publisistcəsinə Tahir Kərimlinin abırını ətəyinə büküb:

"Tahir Kərimli vaxtilə verdiyi bir müsahibədə demişdi ki, heç zaman rüşvət almayıb. Mən də inanmışdım, və daxilimdə heyran olmuşdum, Ali Məhkəmənin sədri olasan, rüşvət almayasan... İndi isə külli miqdarda rüşvət aldığını etiraf edir... Bir də Milli Məclisdə qəzəblə və qışqıra-qışqıra deyirdi ki, Heydər Əliyev heç zaman hakimiyyətə gəlməməlidir! H. Əliyev də həmin iclasda idi..."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.