Lavrovun istefa xəbərinə Zaxarovadan – Reaksiya

22-03-2018, 11:54           
Lavrovun istefa xəbərinə Zaxarovadan – Reaksiya
Sergey Lavrovun Rusiya XİN rəhbəri vəzifəsindən istefa verəcəyi barədə RTVI kanalının məlumatı dezinformasiyaya oxşayır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN təmsilçisi Mariya Zaxarova sosial şəbəkə hesabında yazıb. O bildirib ki, kanal heç bir mənbəyə istinad etməyib.

“Hesab edirəm ki, bu, hansısa formada feykdir. Ola bilsin qəsdən deyil, diqqətsizlikdəndir. Ancaq kim bilir?”

Zaxarova qeyd edib ki, bu xəbər hazırlanarkən XİN-ə heç kim müraciət etməyib. Zaxarova özü kanalla əlaqə saxladıqda və bu məlumatın məhz Lavrovun ad günü yayılması səbəbi ilə maraqlandıqda məlum olub ki, telekanal ad günü barədə məlumatsızdır:

“Qəribə vəziyyət yaranır: Lavrovun istefa edəcəyi barədə “gizli planı” haqda kanal bilir, amma hamıya açıq olan ad günü tarixindən xəbərsizdir”.

Qeyd edək ki, Sergey Lavrov 1950-ci il 21 martda doğulub. Ötən gün onun istefa verəcəyi barədə məlumat yayılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.