Avstriyanın Baş naziri Türkiyəni təhdid etdi

26-03-2018, 21:16           

Avstriyanın yeni Baş naziri Sebastyan Kurzun Türkiyə ilə bağlı açıqlamaları davam edir.

Oxu.Az-ın xarici mediaya istinadən məlumatına görə, baş nazir “Bild am Sonntag” qəzetinə müsahibə verib. O, müsahibəsində Türkiyənin yürütdüyü siyasətindən danışıb.

Türkiyənin siyasətini tənqid edərək Aİ-yə daxil olmaması lazım olduğunu iddia edib.

“Mənə görə, xüsusilə son illərdə Türkiyənin yürütdüyü siyasət ucbatından Aİ-də yeri yoxdur” deyən Kurz, Türkiyə ilə Aİ arasındakı müzakirələrin kəsilməsinin “dürüst” olacağını deyib.

Qeyd edək ki, ötən ilin 18 dekabr tarixində Avstriya Baş Naziri kimi vəzifəyə gəlməzdən əvvəl Xarici İşlər Naziri olan Kurz o vaxt da Türkiyənin Aİ ilə müzakirələrinə son verilməsinin lazım olduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru