“Paşinyan bu cür sayıqlamalarla “Qarabağ klanı”nı üstələmək istəyir” - deputat

14-05-2018, 11:26           
“Paşinyan bu cür sayıqlamalarla “Qarabağ klanı”nı üstələmək istəyir” - deputat
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimı iştirak etməsi barədə sərsəmləməsini ermənilər 1992-ci ildə səsləndirmişdi.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, N.Paşinyan bu cür sayıqlamalarla bu vaxta qədər Ermənistan hakimiyyətində olmuş "Qarabağ klanı"nı üstələmək istəyir: "Birincisi, Paşinyan düşmən dövlətin vətəndaşıdır və onun Azərbaycan torpağına gəlməsi cinayətdir. Paşinyan Dağlıq Qarabağa səfər etməklə ilk növbədə Azərbaycanın hava məkanını pozub".

E.Məmmədovun sözlərinə görə, ermənilər 1992-ci ildən bu fikirdədir ki, Dağlıq Qarabağda yaradılmış qondarma rejim danışıqlarda tərəf kimi iştirak etməlidir:

"Lakin Azərbaycan bunu haqlı olaraq qəbul etmir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, burada qondarma rejim yaradılıb. İnşallah, Azərbaycan Ordusunun gücü ilə biz həmin rejimi darmadağın edib cinayətkarları cəzasına çatdıracağıq. Qondarma rejim də heç vaxt danışıqlarda tərəf kimi çıxış etməyəcək. Danışıqları yalnız Ermənistan və Azərbaycan apara bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.