“Hikmət Cavadova görə bir neçə dəfə Ukrayna Xarici İşlər Nazirliyinə çağırılmışam” — səfir
5-06-2018, 14:06
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Ölkə.Az” xəbər portalına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:
“Səfirliyimizin avtomobilləri qənaətbəş deyil”
– İlk sualım haqqınızda yayılan iddialarla bağlıdır. İddialara görə, sizin səfir kimi adınıza olan avtomobilinizi böyük pul müqabilində Orxan Qasımov adlı gənc iş adamına vermisiniz.
– Gəlin biz buna ittiham deməyək. Bu mənə qarşı atılan şər-böhtandır. Həmin yazılar tamamilə yalan və uydurmadır.Mən belə əsassız yazılara əhəmiyyət vermək istəmirəm.
O yazıda Orxan Qasımovun adı çəkilir. Həmin adamı tanıyıram və ona böyük hörmətim var. Orxan Qasımovubacarıqlı iş adamı və ləyaqətli insan kimi tanıyıram.O,səfirliyin Ukraynada Azərbaycanla bağlı təşkil etdiyi bütün tədbirlərdə yaxından iştirak edir. Eyni zamanda Ukraynada ləyaqətli diaspora təşkilatlarıda var. Biz onlarla mütamadi əlaqə saxlayır,imkan daxilində əlimizdən gələn köməkliyi əsirgəmirik.Təəssüflər olsun ki, bəzi hallarda bizim işgüzar və öz əməli işləri ilə Azərbaycanın maraqlarını qoruyan vətənpərvər insanları dəstəkləməyimiz bəzi şəxslər və təşkilatlar tərəfindən inciklik və qısqanclıqla qarşılanır. Biz ilk gündən bəyan etmişikki,səfirliyimiz Azərbaycanın dövlətçilik maraqlarını qoruyan,milli birliyimizə və həmrəyliyimizə dəstək verən hər bir şəxslə və təşkilatla əməkdaşlıq etməyə hazırdır.Bu baxımdan çağırışımıza müsbət yanaşanlarda var,yanaşmayanlarda.
Düşünürəmki,bütün bunlar zaman-zaman öz yoluna düşəcək.
Nəzərinizə çatdırımki, iyunun sonunda Ukraynada Azərbaycan Ticarət Evinin açılışı olacaq. Bu qurum Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birgə yaradılır. Biz həmin təşkilata Azərbaycan və Ukraynanın bir çox iş adamlarını,ticarət və biznes qurumlarını cəlb etmişik. Burada nüfuzlu ziyalılarımız,hüquqşünaslarımız çalışacaqlar.
Ticarət evinin işinə,bacarıqlı iş adamı kimi cəlb olunanlardan biridə Orxan Qasımovdur.Onun mənimlə bundan başqa heç bir bağlılığı yoxdur. O ki qaldı yazıda sözü gedən avtomobillərə, o avtomobilləri Sloveniyada işləyərkən idarə etmişəm və yanacağı az sərf etdiyinə görə özümlə Ukraynaya gətirmişəm.
Həmin avtomobillərin mənə məxsus olduğunu sübut edən sənədlərdə var. Mən onları sizə təqdim edirəm.Onlar 2013-cü il istehsalı olan avtomobillərdir.Dərindən maraqlananlar üçün demək istəyirəmki,bu avtomobilin birini o zaman,cəmi 4800 avroya almışam. Onun mühərriki çox kiçik olduğu üçün yanacaq sərfiyyatı çox azdır.Bu baxımdan sərfəli nəqliyyat vasitəsi kimi hərdən köməyimizə çatır.
Hazırda səfirliyimizin avtomobil parkının yenilənməyə böyük ehtiyacı var. Əksər avtomobillər 1998-2000-ci il buraxılışlarıdır.Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etmişik.Əminəmki,yaxın aylarda səfirliyin avtomobilləri yenilənəcək.
2-ci,avtomobilidə məhz Sloveniyadan ucuz qiymətə alıb gətirmişəm.Çünki,səfirliyimizin avtomobilləri hələki,qənaətbəş deyil. Şənbə-bazar günləri həmin avtomobillərdən istifadə edirəm. Mən sadə insanam.Belə adi məişət məsələlərini mətbuata çıxarıb şou yaradanları anlamıram və anlamaqda istəmirəm.Çünki,belə cılız məsələlərə vaxt ayırmaq istəmirəm.
– Bəs əvvəllər Ukraynadakı səfirliyimizdə diplomatik nömrələrin qanunsuz satışı halları olubmu?
– Eşitdiyimə görə bir neçə il bundan öncə tək bizim yox,bir neçə səfirlikdə iş adamlarına diplomatik nömrələr verilirmiş.Sonradan Ukrayna yeni qanun qəbul edib və bu ölkədə yalnız diplomatik nömrə nişanlı avtomobillərin yalnız diplomatların idarə etməsinə icazə verilir.
Görünür, kimlərsə keçmişdə olanları mənim adıma yazmaqla qalmaqal yaratmaq istəyib.
“Adamın şəxsi həyatına müdaxilə etmək doğru hərəkət deyil”
– Yazıda adı hallanan xanımla bağlı nə deyə bilərsiniz?
-Mən boş və mənasız suallara cavab vermirəm. Mənə konkret fəaliyyətimlə bağlı sual versəniz daha məntiqli olar.Bir müddət öncə yazırdılar ki,filankəs “FETÖ”çudur,sonra yazdılar ki, ermənilərlə dostluq edənlərlə dostluq edir.
Bilirsiniz, hər deyilən belə mənasız suallara cavab versəm, gərək işimi gücümü atıb kimlərinsə boş xülyaları ilə məşğul olum.
Çoxtəəssüflənirəmki,işini,gücünü buraxıb mənimlə bağlı qarayaxmalarla məşğul olan insanlar var.Əgər mənim diplomatik fəaliyyətimdə hər hansı nöqsanım varsa, buyursunlar mərdi-mərdanə yazsınlar. Mən buna yalnız sevinərəm.Yoxsa ki, hər hansı avtomobilə və əsassız iddialara görə adamın şəxsi həyatına müdaxilə etmək doğru hərəkət deyil.
Mənə qarşı bu cür cılız, şər-böhtan kampaniyası aparanlara üzümü tutub demək istəyirəmki,istənilən vaxt buyurun gəlin Kiyev şəhərinə və sizi Ukraynada çalışdığım 1 il yarım müddətində səfirliyimizin gördüyü işlərlə tanış edim.Bu müddət ərzində səfirliyimiz tərəfindən Azərbaycanla bağlı çox mühüm işlərə imza atılıb.
Ötən il Kiyev şəhərinin mərkəzində Azərbaycan-Ukrayna dostluq parkı açılıb. Kiyevin əsas mərkəzi küçələrinin kəsişdiyi yerdə Müslüm Moqamayev adına böyük park salınıb və orada dahi Azərbaycan oğlunun 8 metrlik abidəsi ucaldılıb.
Gələn ay o parkın təntənəli açılışı olacaq.Hazırda Kiyev şəhərinin mərkəzində tikintisi və təmiri başa çatmış Azərbaycan Ticarət Evinin açılışına hazırlıq işləri gedir.Bu Ticarət evinin vasitəsi ilə ölkəmizdə istehsal olunan,kənd təsərrüfatı,sənaye və digər məhsullar Ukrayna bazarlarına çıxarılacaq.Bununla yanaşı şəhərin digər səfalı parklarından birinə Nizami Gəncəvinin adının verilməsi ilə bağlı Kiyev Şəhər Meriyasına layihə təqdim olunub.
Yaxın gələcəkdə o parkında tikintisinə başlanılacaq.Parkda həmçinin Azərbaycan Mədəniyyət Mərkəzi və Gənclər Təşkilatı üçün ofis inşa olunaraq, Ukraynada yaşayan soydaşlarımızın ixtiyarına veriləcək.
Hazırda səfirliyimizin ərazisində diplomatik korpusumuzun əməkdaşları üçün yaşayış binası inşa olunur ki,buda 2018-ci ilin sonuna qədər başa çatacaq.
Mən mart ayında Dnepr şəhərində işgüzar səfərdə olarkən şəhərin meri ilə görüşümüzdə tarixi bir qərarın icrasına start verdik. Dnepr şəhərinin mərkəzində qədim Türk Məscidi var.Hazırda ora idman kompleksi kimi fəaliyyət göstərir. Belə qərara gəldikki,o məscidi bərpa edib,bir tərəfindədə Azərbaycan Mədəniyyət Mərkəzi inşa edərək soydaşlarımızın ixtiyarına verək.Bununla bağlıda eskiz layihə hazırlanır.
Biz bütün gücümüzü belə işlərə həsr edirik.
Ötən 1 il yarım müddətində səfirliyimiz tərəfindən Ukraynada çox ciddi layihələr həyata keçirilib.Azərbaycan həqiqətlərinin,xüsusəndə ermənilərin son iki əsrdə xalqımıza və torpaqlarımıza qarşı həyata keçirdiyi işğalçılıq və soyqrım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün ardıcıl tədbirlər həyata keçirilib.
Ukraynanın hava limanında vaxt aşırı keçirilən mədəniyyət günləri, Kiyev şəhərindəki Heydər Əliyev adına istirahət parkında keçirilən Etno-Caz festifalının ənənə halını alması,müstəqillik və digər milli bayramlarımızda Azərbaycanın tanınmış sənət ulduzlarının konsertlərinin təşkil olunması milli mənəvi dəyərlərimizin Ukraynada təbliğ olunmasında müstəsna rol oynamağa başlayıb.
Həyata keçirilən tədbirləri sadalamaqla qurtarmaz.Bununla bağlı daha ətraflı məlumatı səfirliyimizin saytına və “Facebook” səhifəsinə daxil olmaqla əldə etmək olar.
–Deyirsiniz ki, sizə qarşı şər-böhtan və qarayaxma kampaniyası aparan adamlar var. Onlar kimlərdir?
–Bilirsiniz, Ukraynada işləmək bir qədər çətindir. Yəqin ki, siz də hazırda Ukraynadakı vəziyyətlə tanışsınız. Hazırda Ukrayna münaqişə ilə üzləşib, ərazi bütövlüyü pozulub. Buna görə də Ukraynada kriminagen durum elə də qənaətbəxş deyil.
İndi Ukraynada ictimi-siyasi vəziyyət də sabit deyil. Bu ölkədə hər zaman yeni hadisələr baş verir. Bu hadisələrə tam nəzarət etmək də mümkün deyil. Belə olan halda bir sıra adamlar qanunsuz hərəkətlərlə məşğul olur, bir-birini şantaj edir, vəziyyəti daha da pisləşdirməyə çalışırlar. Belə bir durumda,kiminsə bu işlə məşğul olmasını araşdırmaq bir az çətindir.Daha doğrusu bu boş və iftira ilə məşğul olanları araşdırmağa nə vaxtımız var,nədə həvəsimiz.
Bayaq dedim son 1 il yarımda biz çox böyük işlər görmüşük. Görünür ki, bütün bunlar kimlərisə narahat edir.
“Ukraynadakı Azərbaycan diaspora təşkilatlarının 90 faizi heç bir fəaliyyətlə məşğul deyil”
– Konkret bu məsələdə kimlərinsə olduğunu güman edirsiniz?
–Əlbətdə mən bunun haradan qaynaqlandığını bilirəm. Sadəcə etik normalara əməl edərək, ad çəkmək istəmirəm. Amma mən dəqiq bilirəm ki, bu adamlar kimlərdir və kimlərə bağlıdır.Belə bir deyim var: “Bar verən ağaca daş atan çox olar”.
Kimsə arxanca danışırsa, deməli sən ondan çox qabaqdasan.Bu baxımdan baş verən olayları həm təmkinlə,həmdə qəlb ağrısı ilə qarşılayıram.Hərdən düşünürəmki,gör hamılıqla gücümüzü bir araya gətirsək harada olarıq.
Təsəvvür edin, bu gün Ukraynada yüzə yaxın Azərbaycan diaspora təşkilatı qeydiyyatdan keçib. Apardığımız monitorinq göstərir ki,onların 90 faizi heç bir fəaliyyətlə məşğul deyillər.Amma ki, onlardan birini tədbirə çağırmasaq, gör hay-harayları hardan eşidilir.Onlardan birinə əl uzadanda, o biri tərəfin dedi-qodusu,fitnə-fəsadı saytlardan,mətbuatdan gəlir. Bu hallar işimizdə böyük çətinliklər yaradır.Təkcə Kiev şəhərində 20-yə yaxın belə təşkilat var. Onların hamısı da özünü müstəqil sayır. Onu demək istəyirəmki,onların arasında vahid koordinasiya yoxdur. Bizim məqsədimizdə ondan ibarətdir ki,bütün təşkilatların rəhbərlərini bir masa ətrafında əyləşdirib onların vahid koordinasiya şurasını yaradaq.Doğrudur, onların içərisində Azərbaycanın təbliği ilə məşğul olan təşkilatlar da var. Biz də səfirlik olaraq çalışırıq ki, həmin təşkilatlarla əməkdaşlıq edək.
“Diaspora nümayəndələri bizdən maliyyə dəstəyi istəyir”
– Sizdən nə istəyirlər?
–Hər kəsin görəcəyi bir sahə, iş var. Səfir olaraq onlar şəxsən məndən nə istəyə bilərlər? Heçnə! Deyirlər ki, bizə böyük dəstək verin, şəxsən onları və təşkilatını tanıyım. Yaxud da deyirlər ki, bizə maliyyə dəstəyi verin. Mən onların hər birinə dəfələrlə izah etmişəm ki, səfirlikdə ayrı-ayrı diaspora təşkilatları,o cümlədən kitab,jurnal dərc olunması üçün maliyyə vəsaiti ayrılmayıb.Bu baxımdan maliyyə dəstəyi istəyən və istəyinə çatmayan şəxslər bizdən incik düşürlər. Mən bunlarıda başa düşürəm. Azərbaycan səfirliyi xaricdə hər bir Azərbaycanlı üçün ata ocağıdır. Amma onlarda anlamalıdırlarki,bizə müvafiq tədbirlərin həyata keçirilməsi üçün maliyyə ayrılır.Bax problem burasındadır ki,istəklərinə nail olmayan bəzi adamlar gedib haqqımızda şantaj xarakterli yazılar yazdırmağa başlayırlar.Biz isə başımızı aşağı salıb dövlətin tapşırıqları məşğul oluruq.
“Hikmət Cavadovun Saakaşvili ilə bağlı fəaliyyətinə görə məni Ukrayna Xarici İşlər Nazirliyinə çağırıb iradlarını bildiriblər”
– Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov tez-tez sizin fəaliyyətinizlə bağlı narazılıqlarını dilə gətirib. Onunla aranızda olan problem nədən ibarətdir?
–Onunla mənim aramda nə problem ola bilər?Hikmət Cavadovun bütün problemləri onun gənclik çılğınlığından qaynaqlanır. Belə adamlar həmdə özlərinə qarşıdır.Düşünürəmki, Hikmət Cavadovun iddilarının sönməsi vaxta və zamana bağlıdır.Əslində, onun problemi mənə qədər olan problemdir.Yəni, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi ilə aralarında olan ziddiyyətlər məndən qabaq olub və bu gündə davam edir.Biz çox çalışdıq ki, hər iki təşkilat bir çətir altında birləşib daha böyük işlər görsünlər. Amma çox təəssüflər olsun ki, hər iki tərəf bu çağırışa adekvat cavab vermədi. Belə olan halda isə biz onların bir-biri ilə dil tapmayacaqları təqdirdə heç biri ilə əməkdaşlıq etməyəcəyimizi bildirmişik. Bir daha qeyd edirəm ki,burada problem mənimlə bağlı deyil.Problem ondan ibarətdirki,tərəflərin birinin tədbirində iştirak edəndə əks tərəf başlayır mətbuatda səfirliyimiz və mənim haqqımda xoşagəlməz yazılar yazdırmağa. Belə olan təqdirdə isə biz ortada qalırıq.Hətta bir neçə dəfə olub ki,Hikmət Cavadovun Saakaşvili ilə bağlı fəaliyyətinə görə Ukrayna Xarici İşlər Nazirliyinə çağrılmışam.Və orada bizə iradlarını bildiriblər.Bu məsələdə bir başa rəsmi Azərbaycan qınaq obyektinə gəlib.
Bilirsiz, biz heç kimin siyasi fəaliyyətinə məhdudiyyət qoymaq fikrimiz yoxdur. Amma Azərbaycan vətəndaşı ola-ola başqa bir ölkədə siyasi fəaliyyətlə məşğul olmaq,özüdə ictimai təşkilatın rəhbəri kimi bunu etmək, ikitərəfli münasibətlərimizə kölgə salır. Əslində biz özümüz Ukraynada yaşayan soydaşlarımızın bu ölkənin ictimai,siyasi həyatına inteqrasiyasında maraqlıyıq. Amma hər şey qanun çərçivəsində olmalıdır.Azərbaycan vətəndaşının Ukraynanın daxili işlərinə qarışmasıqanunla yolverilməz hesab olunur.
Azərbaycan dövləti də heç zaman başqa ölkələrin daxili işlərinə qarışmayıb. Heç zaman da istəmərik ki, başqa dövlətlərdə bizim daxili işlərimizə qarışsın. Bu bizim dövlət başçımızın prinsipidir.Buyur! Ukrayna vətəndaşlığını qəbul et, istənilən siyasi partiya ilə əməkdaşlıq elə. Bizdə bunu təqdir edək.Təəssüflər olsunki,biz öz düşünülməmiş fəaliyyətimizlə hərdən,özümüzü,təmsil etdiyimiz təşkilatı və bəzi hallarda dövlətimizi pis dilemma qarşısında qoyuruq.Biz o zaman onu bu yoldan çəkindirmək istəsəkdə,reaksiya adekvat olmadı. Ona səfirliyimiz tərəfindən bir neçə dəfə xəbərdarlıq olunsada bundan nəticə çıxarmadı.Amma səfirliyin bir tədbirnə çağrılmayanda, səs-küy salmağa başlayırlar.Düşünürəmki,belə hallara son qoyub dövlət maraqlarına qulluq etmək lazımdır.Mən dəfələrlə istər Hikmət Cavadovu,istərsədə Rövşən Tağıyevi səfirliyə dəvət edib onları birliyə və həmrəyliyə səsləmişəm. Çox təəssüflər olsun ki,buna nail olmamışıq. Amma güman edirəm ki,biz tezliklə bu birliyi təmin edəcəyik.Çünki,ölkəmizi yüksək səviyyədə təmsil etməyimiz birliyimizdən asılıdır.
“Son bir ildə Ukraynada Azərbaycana məxsus 11 yük maşını itib”
–Bildiyimiz kimi Ukraynanın Daxili işlər naziri erməni əsilli Arsen Avakovdur.Bu ölkədədə yüz minlərlə Azərbaycanlı yaşayır. Sizcə onların təhlükəsizliyi və hüquqları lazımınca qorunurmu?
–Müəyyən qədər problemlər olur. Bizimburada yaşayan azərbaycanlılar hərdən müxtəlif problemlərlə qarşılaşırlar. Son bir il ərzində Azərbaycana məxsus11 yük maşını itib. Dəfərlərlə Ukrayna DİN-nə yazılı müraciət etsəkdə bundan heç bir nəticə hasil olmayıb.Baş verənlərlə bağlı 2 dəfə Avakovun özü ilə görüşüb problemləri ona çatdırmışam. Amma bununda xeyri olmayıb. Bəzi məqamlarda başqa kanallarla cəhdlər edirik, şəxsi tanışlıq zəmnində işi açırlar. Ancaq bu cür halların da sayı çox azdır.
Ümumiyyətlə, Ukraynanın Daxili İşlər Nazirliyini çıxmaq şərtilə digər hüquq-mühafizə orqanları müraciətlərimizə çox həssas yanaşırlar .
“Ukraynanın daxili işlər naziri ilə erməni diasporunun rəhbəri yaxın dostdur”
– Ola bilərmi ki, Ukraynadakı Azərbaycan diaspor təşkilatları arasında problemlərin əsas mənbəyi həmin dediyiniz erməni əsilli daxili işlər naziri Avakovdan qaynaqlanır?
– Açığı mən bunu tam əminliklə deyə bilmərəm. Çünki əlimizdə dəqiq fakt, arqument yoxdur. Ancaq ümumi yanaşsaq, əlbəttə ki, diaspora təşkilatlarımızın problemlərlə üzləşməsi onların marağında olan məsələdir.
Eyni zamanda qeyd edim ki, Ukrayna Erməniləri Birliyinin sədri Vilen Şavtaryon uzun illərdən bəri Arsen Avakovla dostdur. Bu Ukraynada rəsmi şəkildə belə gizlədilmir. Vilen Şavtaryon Ukraynanın Daxili İşlər Nazirliyinə istədiyi vaxtı gedib-gələ bilir. Hətta, nazirin iclaslarına da qatılır.
Bizdə dəqiq fakt var ki, Ukraynanın daxili işlər orqanlarında çalışan azərbaycanlıların yüksək vəzifələrdə qalmasına imkan verilmir. Halbuki, Ukraynanın Daxili İşlər Nazirliyinin yüksək vəzifəli postlarını ermənilər tutur. Yəni, azərbaycanlılarla ermənilər arasında balans qorunmur. Bütün bunlar deməyə əsas verirki, Ukraynanın daxili işlər naziri azərbaycanlıların yaxşılığını istəmir.
Onu da bildirim ki, digər səfirliklərdən fərqli olaraq Azərbaycanın Ukraynadakı Səfirliyində ölkəmizin hüquq-mühafizə orqanlarının nümayəndələri də akreditə olunub. Bunlardan biri də Azərbaycanın Daxili İşlər Nazirliyinin polkovniki Şahin Qocayevdir. O, çox peşəkar iş aparır.
“Azərbaycanın Təhsil Nazirliyi Ukraynada təhsil alan tələbələri xüsusi nəzarətə götürməlidir”
– Ukraynada təhsil alan gənclərimizin diaspora işinə töhfəsi hansı səviyyədidir?
–Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərı Ukrayna Azərbaycanlı Gənclər Birliyi təmsil edir.Əvvəllər Diaspora Komitəsi tərəfindən onlara ofis xərclərini ödəmələri üçün yardım olunsada sonradan maliyyə böhranı ilə əlaqədar bu yardım dayandırılıb.Biz öz növbəmizdə çalışırıqki,onlara dəstək verək. Gələcəkdə inşası planlaşdırılan Azərbaycan Mədəniyyət Mərkəzində onlar üçün hökmən geniş imkanlar yaratmağı nəzərdə tutmuşuq. Ukraynada yaşayan gənclərin əksəriyyəti Ukraynanın müxtəlif,dövlət və hökumət strukturlarında iş fəaliyyətinə başlayıblar. Biz onların monitorinqini aparırıq.
Gələcəkdə onların Ukraynanın müxtəlif dövlət aparatlarında yerləşdirilməsi qarşımızda duran əsas prioritetlərdən biridir.
Bir faktıda qeyd etmək istəyirəm ki,Ukraynanın müxtəlif vilayət və şəhərlərində 12 minə yaxın azərbaycanlı tələbə təhsil alır.Təəssüflər olsun ki,onların əksəriyyəti təhsildə nizam- intizama riayət etmirlər. Onlarla bağlı ali təhsil ocaqlarının rəhbərliyindən şikayət məktubları daxil olur. Əməkdaşlarımız dəfələrlə tələbə yataqxanalarına gedib onların təlim,tərbiyələri ilə maraqlanıblar. Sözün düzü vəziyyət qənaətbəxş deyil. Düşünürəmki,Azərbaycan Təhsil Nazirliyi bu məsələni xüsusi nəzarətə götürməlidir.
Səfirliyimiz mütamadi olaraq müxtəlif ali təhsil ocaqları ilə əlaqə saxlayır,Azərbaycanlı tələbələrin Ukraynadakı gənclər təşkilatının ətrafında birləşərək ictima tədbirlərdə fəallıq nümayiş etdirməyə dəvət edirlər.
“Fuad Muradovu Ukraynaya dəvət etmişəm”
– Diaspora İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovla əməkdaşlığınız hansı səviyyədədir?
–Fuad Muradov gənc və böyük təcrübəyə malik insandır.Əminəmki, o,sadaladığım problemlərin aradan qalxmasına nail ola biləcək. Fuad müəllim gəncdir, qanunvericilik orqanlarında çalışıb, siyasi təcrübəsi var. Onunla bu barədə bir neçə dəfə danışıqlarımız olub.Mövcud durumla yaxından tanış olmaq üçün onu Ukraynaya dəvət etmişəm.
Düşünürəmki,Azərbaycan Diasporunun problemlərinin həllində yeni mexanizmə ehtiyac var. Diaspora quruculuğu baxımından bizim təşkilatlarımız bədnam qonşularımızdan qabaqda olmalıdır.
Əminəmki,Fuad müəllimin rəhbərliyi ilə Azərbaycan diaspora təşkilatları yenidən təşkilatlanaraq,bu sahədə möhtərəm prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və vəzifələrin həyata keçirilməsinə öz töhfəsini verəcək.