Bu videoya baxıb dəhşətə gəldim - deputat

11-06-2018, 19:58           
Bu videoya baxıb dəhşətə gəldim - deputat
İndicə internet saytlarında Bakıdakı “Kids Studio” özəl uşaq bağçasında körpə uşaqların sistematik olaraq döyülməsi və işgəncə verilməsi kadrlarına baxdım. Daha doğrusu, baxıb dəhşətə gəldim.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə sosial şəbəkələrdə yazıb.

Millət vəkili aidiyyəti qurumları məsələni araşdırmağa çağırıb:

“Uşaqların döyülməsindən də dəhşətlisi odur ki, bağça müdiriyyəti işçini təmizə çıxarır və lentin yayılmasından narazıdır. Mən müvafiq orqanları baş verənlərə və müdiriyyərin məsuliyyətinə hüquqi qiymət verməyə çağırıram”.

Qeyd edək ki, bu gün Azxəbər.com saytı “Kids Studio” bağçasında müəllimlərin uşaqlara qarşı kobud rəftarı, təhqiri və işgəncəsini əks etdirən video yayıb. Sözügedən videonun yayılmasından dərhal sonra bağça fəaliyyətini dayandırıb və uşaqları döyən müəllim də işdən azad edilib.
[media=https://www.youtube.com/watch?v=a-X_PSt6Xcg]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru