“Başlarına at təpmişdi ki, Türkiyədən gəlib burda pulsuz döyüşsünlər…”- Araz Əlizadə yenə…

14-09-2018, 21:06           
“Başlarına at təpmişdi ki, Türkiyədən gəlib burda pulsuz döyüşsünlər…”- Araz Əlizadə yenə…
Milli Məclisin üzvü Araz Əlizadə də yenə 1918-ci ildə Bakını və bununla da Azərbaycanı erməni-bolşevik tör-töküntülərindən təmizləyən şanlı Qafqaz İslam Ordusuna böhtan atıb.

Teref.az Modern.az-a istinadla xəbər verir ki, Araz Əlizadə Qafqaz Ordusunu muzdlu ordu adlandırıb:

“Həmin zaman isə Qafqaz İslam Ordusu köməyə gələrək Bakını erməni-bolşevik işğalından azad etdi. Bu çox yaxşı haldır. Ancaq mən bir şeyi həmişə deyirəm və məni də həmişə buna görə söyürlər. Çünki mən həmişə deyirəm ki, Qafqaz İslam Ordusu muzdlu ordu idi. Onlar Gəncədə oturmuşdular. Ta ki, pul onlara gəlib çatdı, ondan sonra Bakıya doğru hərəkət etdilər. Bu zaman da onları qınamalı deyilik. Çünki muzdlu ordu idi. Düzdür, Bakını işğaldan azad etmək üçün gəliblər. Çox sağ olsunlar. Bu öz yerində. Amma Osmanlı ordusu mükəlləfiyyətli ordu deyildi. Bunu bəziləri başa düşmür. Adi bir şey deyim sizə. Sovet ordusunda əsgərlərimizə ayda 3-5 manat dilənçi pulu verirdilər. Məgər orduda maaş yoxdur? Olmalıdır! Qafqaz İslam Ordusunda da eləydi. Mən bunu deyən kimi başlayırlar məni söyməyə. Yoxsa, başlarına at təpməmişdi ki, durub Türkiyədən bura gəlsinlər, pulsuz döyüşməyə. Axı da onlar bir şey yeməliydilər, içməliydilər, geyinməliydilər. Mən tarixçi kimi buna belə qiymət verəndə başlayırlar ki, Araz Əlizadə türklərin əleyhinədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru