Soyadlarının Türksoy, Alp Arslan kimi dəyişdirilməsi üçün müraciət edənlər var - Terminologiya Komissiyası

21-09-2018, 08:33           
Soyadlarının Türksoy, Alp Arslan kimi dəyişdirilməsi üçün müraciət edənlər var - Terminologiya Komissiyası
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına soyadlarının Türksoy, Alp Arslan kimi dəyişdirilməsi üçün müraciət edənlər var.

Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, 5 nəfər soyadının Türksoy kimi dəyişdirilməsi üçün müraciət edib. Bundan başqa, ər-arvad olan Quliyev soyadlı kişi soyadının Alp Arslan, həyat yoldaşı Quliyeva soyadlı qadın isə Alp edilməsi üçün müraciət edib.

S.Sadıqova qeyd edib ki, soyadın verilməsinin qaydaları var. Təklif edilən soyadlar qaydalara uyğun olduğu təqdirdə müraciətə müsbət cavab verilə bilər.

Komissiyanın sədr müavini qeyd edib ki, yenidoğulanlara Azərbaycan adı olan Əmirxan, Əmir adlarının Alixan, Emir kimi qoyulması üçün müraciət edənlər var:

"Eyni zamanda, uşaqlarına Mira, İmayna adını vermək istəyənlər də var. Bundan başqa, Vüsal adlı oğlan adının dəyişdirilərək Anzor qoyulması üçün müraciət edib. Onun bu müraciətinə "imtina" cavabı veriləcək".

S.Sadıqova müraciətlərin daha çox Bakının kəndlərindən daxil olduğunu da açıqlayıb.

O əlavə edib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ad və soyadların dəyişdirilməsi üçün edilən bütün bu müraciətlərə mənfi cavab verib. Buna görə məhkəməyə müraciət edən qarşı tərəflərin həmin müraciətləri araşdırılmaq üçün Terminologiya Komissiyasına göndərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.