“Nə Səməd Vurğun, nə Vahabzadə, nə də Ramiz Rövşən” – Yazardan ilginc iddia
24-09-2018, 07:35
XX əsr Azərbaycan ədəbiyyatının ən böyük şairi Məhəmmədhüseyn Şəhriyardır.
Teleqraf.com xəbər verir ki, bunu tərcüməçi-yazar Nadir Qocabəyli deyib.
Onun sözlərinə görə, ötən əsrin ən möhtəşəm poemasını da Şəhriyar yazıb:
“Məncə, XX əsrin ən böyük Azərbaycan şairi nə Sabir, nə Cavid, nə Səməd Vurğun, nə Bəxtiyar Vahabzadə, nə də Ramiz Rövşəndir. Ən böyük şair Şəhriyar, ən möhtəşəm poema “Heydərbabaya salam”dır.
Məsələ burasındadır ki, biz şimallılar özümüzü hər mənada cənublulardan üstün, mədəni, inkişaf etmiş sayırıq. Bizdə artıq 100 ildir ki, ana dilində məktəblər var. Amma cənubdakı loru dilin yetişdirdiyi bir şair, şimaldakı ədəbi dilin yetişdirdiyi bütün şairlərdən güclü oldu və əminəm ki, Azərbaycan ədəbiyyat tarixinin XX əsrdəki ən böyük şairi məhz Məhəmmədhüseyn Şəhriyardır”.