“Sabah”ın baş məşqçisi: "Heç kimə asan təslim olmaq fikrimiz yoxdur"

30-09-2018, 08:42           
“Sabah”ın baş məşqçisi: "Heç kimə asan təslim olmaq fikrimiz yoxdur"
Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində dogma meydanda “Qarabağ”a 0:2 məğlub olan “Sabah”ın baş məşqçisi Elşad Əhmədov mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb:

- “Qarabağ”ı təbrik edirəm. Yeni komandayıq. Rəqib daha elitar komandadır. Futbolçulardan tam razı qaldım.

- 1:4 hesablı məğlubiyyət daha üzücü oldu, yoxsa bugünkü?

- Bu gün “Qarabağ” ilk qolu vuranda necə sevinirdi! Bunu hamı gördü.

- Görünür, komanda bir Deviçdən asılıdır…

- Deviç komanda yoldaşlarından daha təcrübəlidir. Amma biz bir futbolçudan asılı deyilik. Hər bir oyunçumuzdan qol gözləyirik.

- Komandanız xeyli adlı-sanlı klublardan xal alıb. Bu, rəqiblərdən güclü olmağınızdan qaynaqlanır, yoxsa rəqibləriniz komandanızı ciddiyə almır?

- Məqsədimiz Premyer Liqada qalmaqdır. Sadəcə, heç kimə asan təslim olmaq fikrimiz yoxdur. “Qarabağ” və “Neftçi” kimi rəqiblərlə daha çox müdafiə olunmaq məcburiyyətində qalırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru