Milli Məclisin dil kursuna gedən deputatları kimlər olub? - ADLAR

2-10-2018, 11:54           
Milli Məclisin dil kursuna gedən deputatları kimlər olub? - ADLAR
Milli Məclisin payız sessiyasının dünən keçirilən ilk iclasında spiker Oqtay Əsədov qeyd edib ki, bir müddət öncə deputatlar üçün ödənişsiz ingilis dili kursu təşkil olunub, amma millət vəkilləri buna laqeyd yanaşıblar:

"Təəssüflər olsun ki, deputatlar həmin kursa maraq göstərmədilər. Həmin kursa 3-4 deputat qatılmışdı” - deyə, O.Əsədov bildirib.

Maraqlıdır, kursa qatılan deputatlar kimlər olub?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil MustafaModern.az-abildirib ki, dil kursunu ingilis müəllimlər tədris ediblər:"Sona qədər həmin kursda 3 deputat iştirak etdik. Qüdrət Həsənquliyev, Zahid Oruc və mən. Daha sonra müəllim kursa gəlməkdən imtina etdi. Müəllim ödənişi və ya başqa səbəbə görə problem çıxmışdı”.

Fazil Mustafa qeyd edib ki, deputatlar üçün ingilis dili kursu təxminən 2 il müddətinə həyata keçirilib: "Həmin kursda yalnız Qüdrət Həsənquliyev, Zahid Oruc və mən sona qədər iştirak etdik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.