"Neftçi"nin baş məşqçisi: "Bütün mübarizə hələ qabaqdadır"

6-10-2018, 06:28           
"Neftçi"nin baş məşqçisi: "Bütün mübarizə hələ qabaqdadır"
"Komandamı təbrik edirəm. Say azlığında qalsaq da, əzmkarlıq göstərdik. Bu qələbəni anasını itirmiş futbolçumuz Kvame Karikariyə həsr edirik. Onu da qeyd edim ki, bizi ilk olaraq məhz Karikari təbrik etdi".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Emin Mahmudov oyun vaxtı əvəz edilməsini istədi. Bu, nə ilə bağlı idi?

- Əzələsini dartdı. Ciddi bir şey yoxdur, sadəcə, risk etmək istəmədik.

Slavko Braliç uzun müddətdən sonra start heyətində göründü və qırmızı vərəqə aldı. Bunun səbəbi hazırlıqsız olması idi?

- Qırmızı vərəqəni biz yox, baş hakim verir. Futbolçu qırmızı vərəqə alıbsa, bu, o demək deyil ki, pis oynayıb. Braliç yaxşı oynadı. İkinci sarı vərəqə epizodunda, zənnimcə, hakim əlini cibinə atmaya da bilərdi.

İlk dövrə barədə fikirləriniz necədir?

- Sevindiricidir ki, ilk dövrəni lider kimi qapadıq. Ancaq bütün mübarizə qabaqdadır. Məşqlərdə maksimum çalışacağıq ki, mövqeyimizi qoruyaq. Düşünürəm ki, çempionatda yaxşı komandalarla mübarizə aparırıq və hər birinin şansları yüksəkdir.

Çempionatda yaranan fasilə komandanıza müsbət, yoxsa mənfi təsir göstərəcək?

- Zənnimcə, fasilə bizə mənfi təsir edəcək. Çünki komandamız yaxşı forma yığıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.