Məmurlar dövlət başçısının tələbinə əməl etməlidirlər - Vasif Mövsümov

14-10-2015, 20:30           
Məmurlar dövlət başçısının tələbinə əməl etməlidirlər - Vasif Mövsümov
"Dövlət başçısının son çıxışı və səsləndirdiyi iradlar müvafiq qurumları bu işə məsuliyyətlə yanaşmağı sövq edəcək."

Belə bir açıqlama ilə çıxış edən Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov SalamNews-a deyib ki, məmurlar dövlət başçısının tələbinə əməl etməlidirlər: “Əks halda onların cəzalandırılması gündəmə gələcək”.

Vasif Mövsümovun sözlərinə görə, prezident iclasda çıxışı zamanı korrupsiyaya qarşı mübarizə istiqamətində istədiyimizə tam nail ola bilmədiyimizi də vurğulayıb ki, bu da sözügedən istiqamətdə mübarizənin hələ də davam edəcəyini deməyə əsas verir: “Əlbəttə ki, bu cür neqativ hallara qarşı inzibati tədbirlər, dövlət tədbirləri həyata keçirilir. Ancaq bununla yanaşı korrupsiyanın kökünü kəsmək, onu yaradan amilləri aradan qaldırmağa daha çox ehtiyac var. Çünki, cəza tədbirləri bri çox hallarda istənilən səmərə vermir. Yəni, bu üsul müvəqqəti xarakter daşıyır. Hansısa məmurun işdən çıxarılıb yerinə başqasının gətirilməsi korrupsiyaya qarşı mübarizədə elə də ciddi səmərə vermir. Ona görə də sistem xarakterli işlərin həyata keçirilməsi lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.