ABŞ səfiri Qəddafinin taleyini xatırladıb

15-10-2015, 01:29           
ABŞ səfiri Qəddafinin taleyini xatırladıb
ABŞ-ın Azərbaycanla münasibətləri bərabərhüquqluluq, demokratiya və azadlıq əsasında qurulur. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta çərşənbə axşamı Bakıda ADA universitetində (Diplomatiya Akademiyası) çıxış edərkən bildirib.

İki ölkə arasında qarşılıqlı münasibətlər tarixinə nəzər salan səfir Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini, həmin dövrdə demokratik norma və azadlıqların təmin edilməsini xatırlayıb.

İkitərəfli münasibətlərin hazırki mərhələsi haqqında danışan səfir təhlükəsizlik məsələlərini, energetika və infrastruktur layihələrini qeyd edib.

“Eyni zamanda, demokratik institutlarının inkişafını, qanunun aliliyini və əsas azadlıqların təmin edilməsini mühüm hesab edirik”, deyə o qeyd edib.

Sabitlik o ölkədə mümkündür ki, insanlar hökumətin onlar qarşısında hesabatlı olduğunu hiss etsin, deyə diplomat bildirib.

Daha sonra o, prezident Obamadan qeyri-demokratik ölkələrin vaxtaşırı qeyri-sabitlik nümayiş etdirdiyi barədə sitat gətirib.

“Liviyada bugünki böhranın əsasında Qəddafinin 42 illik idarəetməsi durur”, deyə Sekuta qeyd edib.

ABŞ Azərbaycanı sabit, çiçəklənən və demokratik ölkə kimi görmək istəyir, deyə o əlavə edib. Turan/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.