Eldar Mahmudovun yerinə təyin oluna biləcək generalların SİYAHISI

18-10-2015, 18:38           
Eldar Mahmudovun yerinə təyin oluna biləcək generalların SİYAHISI
Dünən prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qəfildən vəzifəsindən azad edilməsindən sonra onun yerinə kimin təyin olunacağı bu gün söz mövzusuna çevrilib.
Şübhəsiz ki, bir çox məsələlər həm də bu post kimin təyin olunacağından da xeyli dərəcədə asılı olacaq.
Bəs, kim təyin olunacaq, kimin şansı daha çoxdur?
Avrasiya.net strateq.az-a istinadən xəbər verir ki, hələlik, bu haqda da səhih heç nə bilinməsə də, artıq ölkə mətbuatında indiyədək bu posta hazırlıqlı olan xeyli generalın adı çəkilib. Şanslılar sırasında isə daha çox bu şəxslərin adları üzərində dayanılır:
1. General Əli Nağıyev – Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini
2. General Məhərrəm Əliyev – Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri;
3. General Vəli Ələsgərov – Naxçıvan MR-in Milli Təhlükəsizlik naziri
4. General Elçin Əliyev – Milli Təhlükəsizlik nazirinin birinci müavini
5. General Vahid Əliyev – Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi
O da mümkündür ki, gözlənilməz qərarlarıyla hamını təəccübləndirən Prezident İlham Əliyev heç kimin ağlına gəlməyən, heç kimin gözləmədiyi tamam başqa bir şəxsin adı üzərində dayansın…
Hər bir halda gerçəklik budur ki, Azərbaycanda sürprizlərlə dolu, köhnə dəngələri alt-üst edəcək yeni bir dövr başlanır…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.