"Amazon"nun sabiq işçisi Trampa təhdid məktubu göndərdiyini etiraf edib

6-01-2019, 10:00           
"Amazon"nun sabiq işçisi Trampa təhdid məktubu göndərdiyini etiraf edib
Amerikanın "Amazon" korporasiyasının ABŞ prezidenti Donald Tramp və dövlətin keçmiş liderləri də daxil olmaqla bir çoxlarına 150-dən çox təhdid dolu məktub göndərən keçmiş əməkdaşı məhkəmədə günahını etiraf edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü "Fox News" telekanalı məlumat yayıb.

Bildirilir ki, Kaliforniya ştatının 34 yaşlı sakini Kao Sün etiraf edib ki, o, 2017-ci ildə sui-qəsd təhdidləri ilə dolu məktublar göndərməyə başlayıb. Belə məktublar, xüsusilə Trampın adına onun Nyu-Yorkda yerləşən "Trump Organization" ailə şirkətinə, Barak Obama və Kiçik Corc Buş da daxil olmaqla bir sıra keçmiş ABŞ prezidentlərinin ünvanına, həmçinin Federal Təhqiqatlar Bürosunun (FTB) şöbəsinə və bır sıra digər idarələrə göndərilib.

"Fox News"un məlumatına görə, bəzi məktubların içində ağ toz olub ki, sonda onların adi un olduğu ortaya çıxıb. Bir sıra məktublarda guya partlayıcı qurğuların qoyulduğu deyilib. Məktublar, xüsusilə Dallas beynəlxalq aeroportuna (Texas ştatı) və "Yahoo" şirkətinin Kaliforniyadakı baş qərargahına ünvanlanıb. Kao Sün 2017-ci ilin noyabrında FTB-nin Bostondakı (Massaçusets ştatı) ofisinə yazdığı məktubda 1 milyon dollar məbləğində ödəniş tələb edib.

Müttəhimin vəkili müştərisinin yüngül formada ruhi xəstəlikdən əziyyət çəkdiyini bildirib. Hazırda onu 10 ilədək həbs cəzası gözləyir.

Daha əvvəl Almaniya və İspaniyada “Amazon” şirkətinin əməkdaşları işə çıxmaqdan imtina ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.