Tahir İmanovdan Mehmanla bağlı AÇIQLAMA

6-01-2019, 10:18           
Tahir İmanovdan Mehmanla bağlı AÇIQLAMA
Əməkdar artist, məşhur yumor ustası Tahir İmanovun adından facebook sosial şəbəkəsində saxta profil yaradılıb.

Bu barədə Publika.az-a açıqlamasında əməkdar artistin özü
məlumat verib. Tahir İmanov qeyd edib ki, məlum profil saxtadır və orada səsləndirilən çağırışların onunla heç bir əlaqəsi yoxdur:
“Facebookda mənim adımdan saxta profil yaradılıb. Hansı ki, həmin profildə insanları həbsdə olan blogger Mehman Hüseynovu müdafiə etməyə yönəlik çağırışlar yerləşdirilib.
Mən bildirirəm ki, sosial şəbəkədəki bu profilin, habelə orada yer alan fikir və çağırışların mənimlə heç bir əlaqəsi yoxdur.
Mən Heydər Əliyev ideyalarına sadiq insanam və prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm. Odur ki, mənim belə bir şəxsi müdafiə etməyim mümkün deyil.

Mənim adımdan saxta profil yaradan, yalan bəyanatlar yayan şəxsləri bu işə son qoymağa çağırıram. Əks təqdirdə hüquqmühafizə orqanlarına müraciət etmək məcburiyyəti qarşısında qalacam”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru