Venesuela XİN ABŞ-ı bu ölkədə çevriliş cəhdində ittiham edib

7-01-2019, 08:00           
Venesuela XİN ABŞ-ı bu ölkədə çevriliş cəhdində ittiham edib
Venesuelanın Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ hökuməti bu ölkədə dövlət çevrilişini təşkil etməyə çalışıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.

"Venesuela hökuməti beynəlxalq ictimaiyyətə ABŞ-ın prezident Nikolas Maduronun qanuni və demokratik hökumətinə qarşı daha bir dövlət çevrilişini təşkil etməsi cəhdi haqqında bildirir", - deyə hökumətin bəyanatında qeyd edilir.

Xarici siyasət idarəsindən bildiriblər ki, ABŞ bu ölkədə demokratik institutlar və digər təşkilatlar vasitəsilə dövlət çevrilişi təşkil etməyə çalışıb.

Venesuela XIN-dən həmçinin qeyd edilib ki, Amerika tərəfi ona tabe olan regionun hökumətlərinə Venesuela xalqına qarşı blokadanın genişləndirilməsi göstərişlərini verir.

Daha əvvəl Venesuelanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı Latın Amerikasının digər dövlətlərinə qarşı təzyiq və şantajdan istifadə yolu ilə Karakasın daxili işlərinə qarışmaqda ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru