Paşinyandan Moskvanı qəzəbləndirəcək qərar

7-01-2019, 23:11           
Paşinyandan Moskvanı qəzəbləndirəcək qərar
Ermənistan İranla təbii qaz idxalı ilə bağlı müzakirələr aparır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib.

“İran qazının idxalı həmişə gündəmdədir. Biz konkret və faydalı həll variantı tapılanadək bu məsələni müzakirə edəcəyik”, - deyə o, Tvitter-də qeyd edib.

Paşinyan onu da əlavə edib ki, İrəvan Rusiya tərəfi ilə qazın qiymətinə dair danışıqları davam etdirir.

Qeyd edək ki, “Qazprom” şirkəti Ermənistana satılan qazın min kubmetrinin qiymətini 150 dollardan 165 dollaradək qaldırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru