Dünyanın ən bahalı şirkətindən müsəlmanlara qarşı həqarət

9-01-2019, 05:17           
Dünyanın ən bahalı şirkətindən müsəlmanlara qarşı həqarət
Sayt narazılığın qarşısını almaq üçün məhsulları satışdan çıxarıb

ABŞ-da yerləşən “Amazon” elektron ticarət saytı üzərində ərəbcə ayə və Allah yazılmış hamam ayaqaltılarını satışa çıxarıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məhsullar ABŞ-da yaşayan müsəlmanların narazılığına səbəb olub.

Sayt narazılığın qarşısını almaq üçün məhsulları satışdan çıxarıb.

Digər tərəfdən isə məhsulların satışının dayandırılması üçün change.org-də kampaniya başlanıb və 73 min imza atılıb.

Qeyd edək ki, “Amazon” 2016-cı ildə də ərəbcə Allah yazılmış ayaqaltıların Böyük Britaniyada satışa çıxardığı üçün tənqid edilmişdi.

Xatırladaq ki, hazırda “Amazon” dünyanın ən bahalı şirkəti sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru