İnquşların dini lideri qovuldu: Torpaq böhranı

13-01-2019, 11:00           
İnquşların dini lideri qovuldu: Torpaq böhranı
Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzi İnquşetiya müftisi İsa Xamxoyevi təşkilatın fəaliyyətində iştirakdan məhrum edib.

Axar.az xəbər verir ki, bu məlumatı dini təşkilat öz saytında yayıb. Buna səbəb kimi Xamxoyevin dövlət orqanlarının fəaliyyətinə müdaxilə etməsi göstərilib.

Qeyd edək ki, təşkilat bundan öncə Xamxoyevi İnquşetiya və Çeçenistan arasında torpaq mübadiləsi haqqında razılaşmanı tənqid etməməyə çağırmışdı.

Keçən il İnquşetiya ilə Çeçenistan arasında ərazi mübadiləsiylə bağlı razılaşma imzalanmışdı. İnquşlar razılaşmaya qarşı çıxmış, nəticədə respublika ərazisində genişmiqyaslı mitinqlər başlamışdı. İnquşetiya Konstitusiya Məhkəməsi razılaşmanı qanunsuz hesab etsə də, Rusiya Konstitusiya Məhkəməsi bunu tanımışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru