ABŞ KİV:"Bu növ silahlar kosmosda partladılarsa..."
28-01-2019, 21:42
Rusiyanın elektromaqnit super bombası elektron sistemləri dövrədən çıxaracaq gücdədir.
Bu barədə ABŞ-ın “Vaşinqton” xəbər portalında məlumat yayılıb.
Portal qeyd edir ki, Rusiya ilə yanaşı, İran, Çin və Şimali Koreyanın da bombaları elektron sistemləri çökdürə bilər. Bu növ silahlar kosmosda partladılarsa, kritik əhəmiyyətə malik hərbi peyklər yararsız hala düşər. Radioelektronika qurğularının funksiyalarını iflic edər.
Məlumatda o bildirilir ki, hazırda ABŞ-ın əlində Pekin və Moskvada olduğu kimi güclü bomba yoxdur. (axar.az)