“Azərbaycana gərəkən cavabı verməyə hazırıq” – Paşinyan yenə də qapmadı, hürdü…

12-02-2019, 23:09           
“Azərbaycana gərəkən cavabı verməyə hazırıq” – Paşinyan yenə də qapmadı, hürdü…
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərlə bağlı maraqlı fikirlər səsləndirib.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Azəbaycanın Qarabağ problemini müharibə yolu ilə həll etməyə daha çox maraq göstərdiyini vurğulayan Paşinyan, Ermənistanın da buna hazır olması gərəkdiyini qeyd edib:

“Azərbaycan öz xalqını savaşa hazırladığı təqdirdə Ermənistan da gərəkən cavaba hazır olmalıdır. Ermənistan Qarabağ məsləsinin həllini sadəcə sülh yolunda görür, fəqət bu, savaşa hazır olmamalıyıq mənasına gəlmir”.

Paşinyan bölgədə sülh ortamının olmadığını bildirib və bunun səbəbinin Azərbaycanın savaş ritorikası sərgiləməsi ilə izah edib.

Məlumat üçün qeyd edək ki, sözdə sülhdən bəhs edən Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla yanaşı, sürətlə silahlanmaqda davam edir. Hansı ki, hər iki amil, xüsusilə də İrəvanın işğalçılıq niyyətlərindən əl çəkməməsi regional sülh üçün ən böyük təhlükə hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru