Gürcüstanın Azərbaycana olan borcu açıqlanıb

13-02-2019, 13:01           
Gürcüstanın Azərbaycana olan borcu açıqlanıb
Gürcüstanın Azərbaycana borcu 7, 819 mln. dollar təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.

Bu ilin yanvarın 31-nə olan məlumata əsasən, ötən ilin dekabr ayı ilə müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu 5 466, 659 mln. dollar təşkil edir ki, bunun da 5 298, 575 mln. dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ölkələr Almaniya (324,807 mln. dollar), Fransa (253,317 mln. dollar) və Yaponiyadır (215,366 mln. dollar).

Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 15,019 mln. dollar, 61,393 mln. dollar və 8,643 mln. dollar təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru