Deportasiya ediləcək azərbaycanlı ailəyə üzgüçülük klubu sahib çıxdı
14-02-2019, 00:00
Almaniyandan deportasiya ediləcək ailəyə Vessel şəhər üzgüçülük klubu sahib çıxıb. AzEuroNews.com xəbər verir ki, İslamovlar ailəsi ötən həftə Azərbaycana deportasiya ediləcək 15 ailədən biri olub.
Gecə ilə Düsseldorf şəhər hava limanına gətirilən ailələr Azərbaycana deportasiya edilə biməyiblər. Buna səbəb təyyarənin müflis elan edilən “Germania” hava yollarına aid olması olub. Təyyarə reysi həyata keçirilmədiyindən başqaları kimi evlərinə geri dönən İslamovlar ailəsi üçün deportasiya təhlükəsi hələ ötüşməyib.
Vüqar İslamov həyat yoldaşı Natavan, uşaqları Vüsal və Sübhanla 2017-ci ildə Almaniyaya gələrək sığınacaq istəyiblər.
Ailənin 17 yaşlı üzvü Vessel şəhərindəki üzgüçülük klubunun fəal üzvüdür. 500 üzvü olan klub İslamovlar ailəsinə sahib çıxaraq onların Almaniyadan deportasiya olunmaması üçün səfərbər olublar.
Klubun başqanı Ulf Privenin rp-online.de-yə verdiyi açıqlamaya görə, İslamovlar ailəsinin deportasiya edilməməsi üçün çalışmalara başlayıblar.
17 yaşlı Vüsal qısa zamanda çox yaxşı almanca öyrənib və Almaniyada İKT sahəsi üzrə təhsilini davam etdirmək niyyətindədir.
Natavan İslamova isə, keçən həftə başlarına gələn olayın şokundan hələ də ayılmayıb. O, buna görə, dərman pereparatları qəbul edir.