Avropa İttifaqı Prezidentin əfv sərəncamını alqışladı...- BƏYANAT

17-03-2019, 20:31           
Avropa İttifaqı Prezidentin əfv sərəncamını alqışladı...- BƏYANAT
Avropa İttifaqı (Aİ) Azərbaycan prezidenti İlham Əliyevin Novruz bayramı ilə əlaqədar aralarında siyasi partiya, qeyri-hökumət təşkilatları üzvləri, blogger və jurnalistlərin də olduğu 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.

ONA-nın məlumatına görə, bu, Avropa İttifaqı Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisinin sözçüsünün bəyanatında əksini tapıb.

Bəyanatda bildirilir ki, Aİ Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun bu istiqamətdə gələcəkdə də oxşar addımları davam etdirəcəyini gözləyir: “Aİ əməkdaşlığı, o cümlədən əlaqələrimizin vacib elementlərindən olan insan haqları sahəsində əlaqələri inkişaf etdirmək üçün Azəbaycanla işləməyə davam edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru