Cocuq Mərcanlıda şəhid olan əsgər barədə - AÇIQLAMA

21-03-2019, 17:36           
Cocuq Mərcanlıda şəhid olan əsgər barədə - AÇIQLAMA
Cocuq Mərcanlıda Azərbaycan ordusunun əsgərinin şəhid olması xəbətinə Müdafiə Nazirliyindən rəsmi açıqlama gəlib.
News24.az xəbər verir ki, Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlamasında əsgərin şəhid olmadığını bildirib. O qeyd edib ki, Hümbətov Aqilin həlak olması ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, bu barədə Bizimyol.info saytı daxil olan məlumata əsasən xəbər yayıb. Məlumatda bildirilib ki, 18 mart 2019-cu il tarixdə Şəki rayon Çay Qaraqoyunlu kəndindən hərbi xidmətə çağırılmış Hümbətov Aqil Vüqar oğlu cəbhənin Cocuq Mərcanlı kəndi istiqamətində səngərdə düşmən tərəfdən açılmış atəş nəticəsində şəhid olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru