Erməni ordusunda həyəcan təbili: Xankəndində partlayış, Azərbaycan hücuma keçib?

26-03-2019, 09:01           
Erməni ordusunda həyəcan təbili: Xankəndində partlayış, Azərbaycan hücuma keçib?
Martın 25-də işğal olunmuş Qarabağda yerləşdirilən Ermənistan Silahlı Qüvvələrinin bölmələri həyəcan siqnalı ilə ayağa qaldırılıb.

Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, erməni tərəfi Xankəndi şəhəri yaxınlığında baş verən partlayışdan qorxuya düşərək həyəcan siqnalı ilə ordunu ayağa qaldırıb.

Məlumata görə Xankəndi yaxınlığında baş verən partlayış erməni tərəfinin qorxusuna səbəb olub və ermənilər Azərbaycan Silahlı Qüvvələrinin hücuma keçdiyini zənn ediblər. 2016-cı ilin aprel savaşındakı acınacaqlı məğlubiyyətdən qorxuya düşən erməni tərəfi ordunu həyəcan siqnalı ilə ayağa qaldırıb. Xatırladaq ki, 2016-cı ilin aprelində erməni ordusu öz mövqelərini ataraq qaçmışdı. Əsgərlərin qaçışının qarşısını almaq üçün onlar postlara zəncirlənmişdi.

Dünən səhər 4:00-da ayağa qaldırılan erməni ordusu bu səhərə qədər hazır vəziyyətdə gözləyib. Erməni sosial şəbəkə istifadəçilərinin yazdığına görə fərariliyin qarşısını almaq üçün erməni ordusunun arxasında hərbi polis keşik çəkir. Araşdırmadan sonra Xankəndi yaxınlığında partlayışın bir yerli sakinin minaya düşməsi nəticəsində baş verdiyi məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru