ABŞ və Polşadan Rusiyaya qarşı HƏMLƏ

30-04-2019, 07:38           
ABŞ və Polşadan Rusiyaya qarşı HƏMLƏ
Vaşinqton və Varşava Polşada Amerika hərbçilərinin sayının artırılması barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu haqda Polşa televiziyasının efirində Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib.

Nazirin sözlərinə görə, tərəflər hazırda razılaşmanın detalları barədə müzakirələr aparır. Blaşak danışıqların artıq bu il müvəffəqiyyətlə başa çatacağını istisna etməyib.

Martda açıqlanan məlumata görə, Polşa 2026-cı ilə qədər silahlı qüvvələrin müasirləşdirilməsi planını təsdiq edib. Bu hədəf üçün rekord məbləğ - 48,9 milyard dollar ayrılacaq. Blaşakın sözlərinə görə, yenidən silahlanma NATO-nun şərq cinahının Rusiya təhlükəsi qarşısında möhkəmləndirilməsi üçün lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.