Robert Sekuta: “Qarabağ üzrə yeni addımlar zəruridir”

30-04-2019, 07:40           
Robert Sekuta: “Qarabağ üzrə yeni addımlar zəruridir”
Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarılması üzrə yeni addımlar “birmənalı şəkildə zəruridir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta virtualaz.org-a verdiyi müsahibəsində bildirib.

Amerikalı diplomat iddia edir ki, ABŞ hər iki liderin sülh təşəbbüslərinin inkişaf etdirilməsinə tam dəstək göstərməyə hazırdır.

Lakin Ermənistan rəhbərliyinin bəyanatları göstərir ki, Yerevan münaqişənin tənzimlənməsi üçün hər hansı yeni təşəbbüsü qəbul etməyə hazır deyil. Rusiya nəşrinə müsahibəsində baş nazir Nikol Paşinyan bildirib ki, Dağlıq Qarabağ məsələsini bir günə, bir aya, hətta bir ilə həll etməyin mümkün olduğunu düşünənlər bu problem barədə real təsəvvürə malik deyillər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.