“Biabırçı cinayət törətmiş Ramil Səfərovun...” – Jurnalistin paylaşımı böyük etirazlara səbəb oldu

23-05-2019, 12:28           
“Biabırçı cinayət törətmiş Ramil Səfərovun...” – Jurnalistin paylaşımı böyük etirazlara səbəb oldu
Jurnalist Xədicə İsmayılın sosial şəbəkədəki paylaşımı etirazla qarşılanıb.
“Yeni Sabah” xəbər verir ki, o, hakimiyyəti tənqid edərək yazıb: “Münaqişəni uzadırlar ki, hərbi büdcəni yeyib, pul qazansınlar, buna etiraz edən adamların üstünə vətənpərvərlik adı altında saçyolanları göndərirlər.

Adamların vətənə sevgisindən sui-istifadə edib bayraq dirəyində pul yedilər, biabırçı cinayət törətmiş Ramil Səfərovun üzərindən seçkiqabağı xal qazandılar.

Xalqın duyğularını yalnız özlərinin xeyri üçün sömürdülər. Bu qədər duyğu sömürüsündən sonra Qarabağ hələ də işğal altında və biz bu qədər qurban vermişkən hələ də dünyaya vəhşi olmadığımızı sübut etməliyik. Əliyevlərin bizə vurduğu ziyan ölçüyə gəlmir sadəcə”.

Jurnalistin Ramil Səfərovla bağlı ifadəsi sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin etiraza səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru