Rusiyada yaşayan azərbaycanlı alim aparıcı Solovyova cavab verdi - MƏTN

23-05-2019, 19:07           
Rusiyada yaşayan azərbaycanlı alim aparıcı Solovyova cavab verdi - MƏTN
Rusiyada yaşayan azərbaycanlı alim Kamran Rüstəmov, qalmaqallı rus televiziya və radio jurnalisti Vladimir Solovyova cavab yazdı.

Axar.az jurnalist facebook səhifəsində dərc edilən məktubun mətnini dərc edib:

"Provokator Solovyov yenə öz rolunda. Əgər ermənilər Qarabağın Ermənistan olduğuna inanırlarsa, qoy onu tanısınlar. Tanımazlar, çünki tanısalar nəticədə Ermənistan dövləti yox olacaq. Rusiya Qarabağın Ermənistan ərazisi olduğunu qəbul edirmi? Rusiya erməniləri Qarabağa necə köçürtdük
lərini bəyəm yadlarından çıxarıblar? Ermənistan ərazisi Azərbaycan ərazisindən yaranmışdı və bu 200 ildir baş verən hər hadisənin əsasını təşkil edir? Yoxsa bu erməni siyasətinin bülbülünün özfailiyyətidir?

Rusiyada bir çox xalq Rusiyanın ərazi bütövlüyü çərçivəsində özünüidarə haqqı alıb. Çeçenlər, tatarlar, başqırlar və s., lakin müstəqilbir dövlət kimi təşəkkül tapmayıb.

Beləliklə Solovyovun çağırışları anayasaya hayqırı və Rusiya konstitusiyasına zərbədir. Əgər bu torpaqlara gəlmə olan Qarabağ erməniləri müstəqil dövlət qurma hüququna malikdirlərsə (müstəqil erməni dövləti mövcuddur) nə üçün Rusiyada yaş.ayan başqa millətlə (tatarlar, başqurdlar və ilaxır)müstəqil dövlət qurmasınlar?

Lakin mən Solovyovun bəyanatlarının təxribat olduğuna inanıram və müvafiq dövlət strukturlarının buna qiymət verəcəyinə inanıram", deyə Rüstəmov yazır.

Qeyd etmək istəyirik ki, bir neçə gün əvvəl Rusiyanın 1 kanalında Vladimir Solovyovun proqramı ilə axşamın növbəti buraxılışı zamanı , Solovyev Qarabağ məsələsində Ermənistanın mövqeyini dəstəklədiyini açıqlayıb və Qarabağın Azərbaycana aid olmadığını söyləyib.
Tərcümə Teref.az-ındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.