“Azərbaycan Şuşanı görməyəcək!”- “ASALA” terrorçusundan hədə...

27-05-2019, 20:47           
“Azərbaycan Şuşanı görməyəcək!”- “ASALA” terrorçusundan hədə...
Erməni terrorçusunun bu çağırışına yalnız qəti hücumla cavab vermək mümkündür...
Bu qatil Xocalıda ikigünlük türk körpələrini qətlə yetirməsiylə fəxr edir...

“Azərbaycan Şuşanı görməyəcək! Mən düşünmürəm ki, bu, nə vaxtsa mümkün ola. Azərbaycanlılar yalnız barışıq əldə edildikdən sonra Şuşaya turist kimi gələ bilərlər...”

Moderator.az xəbər verir ki, hamımız üçün bu təhqiramiz açıqlamanı İrəvanda jurnalistlərə Azərbaycan ordusunun “Hədəfimiz Şuşadır! Gözləyin gəlirik!” fleşmobu barədə danışan “ASALA” terrorçusu Bazgen Sislyan verib. Terrorçunun bu fikirlərinə keçmiş kəşfiyyat komandiri Vova Vardanov da dəstək verib.

Qeyd edək ki, Vazgen Sislyan 24 sentyabr 1981-ci ildə Parisdəki Türkiyə konsulluğunu ələ keçirmiş “ASALA” qrupuna rəhbərlik edib. Hücum nəticəsində biri türk həlak olub, digəri isə yaralanıb. Terrorçular 56 nəfəri 16 saat müddətndə girov saxladıqdan sonra buraxıblar. O, eyni zamanda 1991-ci ilin dekabr ayında Budapeştdə Türkiyə səfiri Bədrəddin Tünbaşa qəsddə iştirak edən qatildir.
V.Sislyan 1988-1994-cü illərdə Azərbaycana qarşı hərbi əməliyatlarda da iştirak edib. 2016-cı ilin Aprel döyüşləri zamanı da o, dəstə toplayaraq ön cəbhəyə gəlib. O, Xocalı soyqırımında iştirak etməsi, burada ikigünlük türk körpələrini qətlə yetirməsiylə fəxr edir...

P.S. Erməni terrorçusunun bu çağırışına yalnız qəti hücumla cavab vermək mümkündür...

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru