Karasin Rusiya-Azərbaycan əlaqələrindən danışdı - Video
30-05-2019, 07:42

Rusiya ilə Azərbaycan arasındakı münasibətlər mehriban qonşuluq, qarşılıqlı inam əsasında qurulub və biz onları daha da inkişaf etdirmək niyyətindəyik.
Axar.az Real TV-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Qriqori Karasin deyib.
"Ötən ildən bəri əlaqələrimizin genişləndirilməsi, gücləndirilməsi üçün çox işlər görülüb. Əlbəttə, liderlərimizin görüşləri çox şeyi müəyyənləşdirir. 2018-ci ildə prezidentlər Vladimir Putin və İlham Əliyev altı dəfə görüşüblər. Ticarətə müraciət etsək, ötən il qarşılıqlı ticarətin həcmini, təxminən, 14% artırdıq. Bu, çox böyük rəqəmdir. Regionlararası əməkdaşlıq üçün yeni imkanlar açılır. Rusiyanın 17 regionunun Azərbaycan tərəfdaşları ilə birbaşa müqavilələri var", - Karasin bildirib.
Onun sözlərinə görə, Azərbaycana səfər edən rusiyalı turistlərin sayı da artmaqdadır:
"Ötən il orada 800 min rusiyalı olub. İnsanlar arasında əlaqələr münasibətlərin həqiqətən yetkin olması üçün lazımi ab-havanı yaradır".
Q.Karasin diqqətə çatdırıb ki, Azərbaycan həm idman, həm də mədəniyyət xarakterli genişmiqyaslı tədbirlərin keçirilməsində zəngin təcrübəyə malikdir.
"Azarkeşlərin və oyunçuların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunacağından əminik. Özüm futbol azarkeşiyəm. Ümumilikdə, MOİK-ə azarkeşlik edirəm. Sonda təşkilatçılara arzu edərdim ki, gələcəkdə Avropa Liqası finalında komandalarından biri Bakı təmsilçisi olsun".