“Bu qədər pul xərcləyib xaricdə dost axtarmaqdansa...”

30-05-2019, 09:30           
“Bu qədər pul xərcləyib xaricdə dost axtarmaqdansa...”
Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudor Milli Məclisdə keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Qarabağ problemini “qarışıq məsələ” adlandırıb.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. F. Mustafanın sözlərinə görə, Tyudor deyib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq: “Oradan Solovyovun, Poznerin, Jirinovskinin, buradan bu səfeh rumının sayıqlamaları, oradan "Arsenal" azarkeşlərinin erməni forması ilə Bakıda gəzintisi...

Hamısı Azərbaycana sataşmaqdır, bizə düşmən münasibətin ifadələridir. Demək ki, bu qədər pul xərcləyib xaricdə dost axtarmaqdansa, dostu əsas etibarilə öz içimizdə axtarmalıyıq.

Azərbaycanda müxalifətə qarşı, mühacirətə qarşı, vətəndaşı cəmiyyətinə qarşı yeni siyasət izlənməlidir- dostlaşmaq siyasəti! Ölkənin gələcək təlatümlərdən qorunmasının təminatı da bundan keçir.

Yoxsa Pozner belə boşboğazlıq edəcək, Solovyov elə çərənləyəcək, Tyudor bizi işğalçı kimi görəcək- bunlar elə gözlənilən davranışlardır. Fərqli düşünən, fərqli dünyagörüşünə sahib olan hər bir azərbaycanlının bir-birinə ən azı düşmən kimi baxmadığı, bir-birinə sayğı göstərdiyi mühiti yaratmaqdan gözəl hansı cavab ola bilər bu kimi avantüristlərə”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.