“Həmsədrləri narahat etməyin, qoyun rahat yeyib-içib gəzsinlər...”

31-05-2019, 16:55           
“Həmsədrləri narahat etməyin, qoyun rahat yeyib-içib gəzsinlər...”
"Azərbaycan hər dəfə şəhid verdikcə narahat olurlar- sağ olsunlar, çox nazikdirlər..."
27 ildən çoxdur ki, ATƏT-in Minsk Qrupunun çox hörmətli həmsədrləri hər dəfə Azərbaycan Qarabağ cəbhəsində şəhid verdikcə narahatlıqlarını ifadə edirlər- sağ olsunlar, çox nazikdirlər...

Erməni tərəfinə başa salmaq lazımdır ki, bu kövrək ürəkli “üç müşketyor”a yazıqları gəlsin, heç olmasa, onlar regiona səfər edəndə biz tərəfə atəş açmasınlar, qoysunlar bu cənablar Azərbaycan torpaqlarında, Şuşada, İsa bulağında, Turşsuda rahat yeyib-içib, tut arağından vurub gəzsinlər...

Onsuz da yazıqların iş-gücü kefləri duranda regiona səfər edərək yeyib-içib, gəzib “xalqları sülhə hazırlayın” deyərək məzələnməkdən ibarətdir; Qarabağdan ötrü əziyyət şəkib pul qazanırlar...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru