"Bilderberq klubunun sirrləri - “Dünyanı idarə edən gizli hökumət” Montrödə TOPLAŞDI
2-06-2019, 10:35
“Dünyanı idarə edən gizli hökumət” adlandırılan Bilderberq qrupunun bağlı qapılar arxasında keçirilən 67-ci iclası İsveçrənin Montrö şəhərində işə başlayıb. İyunun 2-dək davam edəcək iclaslara 23 ölkədən 130 nəfər “elit” arasında ABŞ-dan olan kürəkən Cared Kuşner irəli çıxır.
1954-cü ildən bəri keçirilən və Amerika ilə Avropanın elitlərini bir araya gətirmək məqsədi güdən, lakin gizli quruluşuna görə, hər cür şübhə fərziyyələrinə mövzu olan Bilderberq qrupunun builki iclaslarında gündəm mövzusu Rusiya, Çin, Breksit, siber tehdidlər, süni zəka etikası, sosial medianın silaha çevrilməsi, iqlim dəyikliyi, kosmik araşdırmaların gələcəyi, kapitalizmin aqibəti və sabit strateji quruluşdur. Bu iclaslar qapalı keçirilir və mətbuata bu barədə heç bir informasiya verilmir.
ABŞ-dan dəvət olunanlar
Amerikalı qonaqlar arasında prezident D.Trampın kürəkəni və baş müşaviri Cared Kuşner, “Mikrosoft” idarə heyətinin başçısı Satya Nadella, “Google” şirkətinin keçmiş baş direktoru Erik Şmidt “Paypal” şirkətinin miyarder qurucusu Piter Til və ABŞ-ın keçmiş xarici işlər naziri Henri Kessincer vardır.
Pompeodan İran görüşü
ABŞ xarici işlər naziri Mayk Pompeonun qeyri-rəsmi şəkildə səfər edərək, Vaşinqtonun İrandakı mənfəətlərini təmsil edən İsveçrə xarici işlər naziri İqnasio Kassis ilə görüşdüyü də bildirilib.
Avropadan iştirak edənlər
Avropadan NATO-nun baş katibi Yens Stoltenberq, Fransanın maliyyə naziri Bruno Le Mayre, İngiltərə bankının başçısı Mark Karney, “Total” şirkətinin baş direktoru Patrik Pouyanne, Hollandiyanın baş naziri Mark Rutt, Estoniyanın baş naziri Yuri Ratasın isclasda iştirak elədiyi bildirilir.
Türkiyə təmsilçiləri
“Finans Gündəm” nəşrinin yazdığına görə, Türkiyədən dəvət edilən şəxslər arasında bu il bir daha “Koç Holdinq” idarə heyətinin başçısı Ömər Koç və Koç Üniversitetindən olan Metin Sitti, Özyeğin Üniversitetindən olan Evren Balta, Koç Üniversitesinden Selva Demiralp olub.
Liderlik yolu işarəsi
Xəbərlərə görə, bu il dəvətlilərin üçdən ikisi Avropa ölkələrindir və iclasda biznesmenlərdən çox mütəxəssis və akademik şəxslərə yer verilir.
“Dünyanı idarə edən gizli hökumət” adalandırılan “Bilderberq qrupu”nun iclaslarında keçmişdə iştirak eləmiş Bill Klinton ertəsi günü ABŞ prezidenti, Toni Bleyer isə növbəti il İngiltərənin baş naziri seçilmişdi. Marqaret Tetçer həmin il Mühafizəkarlar Partiyasının lideri olaraq, dörd il sonra baş nazir kürsüsünə oturmuşdu.
Hurriyyet.org