ABŞ-a viza verilməsi üçün sosial şəbəkə məlumatları tələb edilməyə başlanıb

2-06-2019, 16:45           
ABŞ-a viza verilməsi üçün sosial şəbəkə məlumatları tələb edilməyə başlanıb
ABŞ Dövlət Departamenti xarici ölkə vətəndaşlarına viza verilməsi üçün həmin şəxslərdən sosial şəbəkə məlumatlarını təqdim etməyi tələb etməyə başlayıb.

ONA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın viza üçün yeni anket forması mayın 31-dən qüvvədədir

Viza üçün müraciət edən şəxs sosial şəbəkə istifadəçisi olmadığını qeyd edə bilər. Ancaq bu halda yalan informasiyaya görə məsuliyyət daşıyacaq.

Dövlət Departamentində bildirilib ki, viza üçün yeni tələb terroruçuları və cəmiyyətə təhlükə yaradan insanları izləməyə kömək edəcək. Həmin şəxslərə ABŞ-a daxil olmaq qadağan ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru