Azərbaycan siyasətində əlbəyaxa dava – Əhməd Oruc Mütəllimlini döydü

2-06-2019, 18:06           
Azərbaycan siyasətində əlbəyaxa dava – Əhməd Oruc Mütəllimlini döydü
İki hissəyə parçalanan Azərbaycan Xalq Hərəkatında sular durulmur.
Teref.az xəbər verir ki, qanadlardan birinin iki gün öncə keçirilən iclası barədə musavat.com –a məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, həmin iclasda Azadlıq Partiyasının sədri Əhməd Orucla Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli arasında gərginlik yaşanıb.

Tərəflər hətta bir-birilə əlbəyaxa həddinə çatıblar. Şahidlərin iddialarına görə, Əhməd Oruc Mətləb Mütəllimliyə fiziki müdaxilə də edib. Mənbənin verdiyi məlumata görə, dava səbəbilə hərəkatın idarə heyətinin növbədənkənar toplantısı çağırılıb və münaqişənin bu həddə çatmasına səbəb kimi İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı göstərilib.

Partiya sədri hərəkatdan qovulub. M.Mütəllimlinin də AXH -dən qovulduğu deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru