APA yenidən açıldı: Rəhbərlik Vüsalə Mahriqızına tapşırılıb

4-06-2019, 09:35           
APA yenidən açıldı: Rəhbərlik Vüsalə Mahriqızına tapşırılıb
Ötən ilin avqustunda fəaliyyəti dayandırılan APA informasiya agentliyi bu gündən işini bərpa edib. Modern.az xəbər verir ki, bu barədə agentliyin əməkdaşları məlumat yayıblar.

APA-dan Modern.az-a verilən məlumata görə, APA və ONA bir-birindən ayrı fəaliyyət göstərəcək: "APA əvvəlki qaydada fəaliyyətini davam etdirəcək. Fəaliyyətini bərpa etmiş agentliyin yeni fəaliyyətə başlayan ONA ilə bağlılığı yoxdur. APA-ya da rəhbərlik Vüsalə Mahirqızına tapşırılıb”.

“APA” informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərirdi. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında “APA Holding” təsis olunmuşdu. Holdingə Azəri Press Agentliyi, “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az” İnformasiya Agentliyi MMC, APA TV, “APA ADVERTİSEMENT PR” MMC, “APA SERVİS” MMC daxil
idi. 2018-ci ilin avqustunda holdinqin işi dayandırılıb.

Bu ilin fevral ayında isə Vüsalə Mahirqızının rəhbərliyilə Onlayn Agentliyinin (Online News Agency - ONA) fəaliyyətə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru