Fəzail İbrahimli: Kim yeyib dağıdıbsa, canı çıxsın, ödəsin

4-06-2019, 17:16           
Fəzail İbrahimli: Kim yeyib dağıdıbsa, canı çıxsın, ödəsin
Mən “borcların silinməsi” sözünü başa düşmürəm. Kim yeyib, kim dağıdıbsa, canı çıxsın, gəlsin, cavabını versin, ödəsin.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Fəzail İbrahimli parlamentin komitə iclasında bildirib.

“Burada deyildi ki, borclar silinməlidir. Ay qardaş, bu nədir?”, - deyən millət vəkili bu məsələnin anlaşılmaz olduğunu və qaranlıq məqamlardan xəbər verdiyini bildirib.

“Kim bələdiyyəni yeyib, dağıdıbsa, gəlsin, canı çıxsın, ödəsin. Onu edənləri “İnterpol”la da axtarıb, tapmaq mümkün deyil?! Mən, vallah, bu “silinmək, silinməlidir” sözünü hələ də anlaya bilmirəm. Yeyirlər, dağıdırlar, gedirlər, sonra da cəzasını yeni bələdiyyə üzvləri çəkir. Bunu yığışdırmaq lazımdır. Yemisən, canın çıxsın, gəl, ödə”, - deyə millət vəkili əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru