III Dünya müharibəsi bu ölkədə başlayacaq - DƏHŞƏTLİ PROQNOZ

5-06-2019, 10:01           
III Dünya müharibəsi bu ölkədə başlayacaq - DƏHŞƏTLİ PROQNOZ
Rusiya və ABŞ arasında silahlı konflikt həqiqətən olacaqsa, onda bu, Suriyada deyil, ehtimal ki, Ukraynada olacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kolumbiya Universitetinin professoru Robert Leqvold bildirib.

Onun fikrincə, 2014-cü ildə Ukrayna böhranının başlanması ilə yeni “soyuq müharibə” dövrü başlanıb.

"Silahlı konflikt təhlükəsi mövcuddur. O Suriyada, Yaxın Şərqdə deyil, Avropada ola bilər. Və bu, Rusiyanın Estoniyanı ala biləcəyinə dair ABŞ-ın narahatlığı ilə bağlı deyil. Əgər eskalasiya olacaqsa, o Ukraynanın çərçivəsində, yaxud da yeni bir böhranla, məsələn Belarusda və ya NATO ilə Rusiyanın arasında başqa regionlardan birində baş verəcək”, - o deyib.

Onun sözlərinə görə, belə hadisələrin inkişafının qarşısını almaq üçün, tərəflər arasında etibarın səviyyəsini yüksəltmək əhəmiyyətlidir. Professor xatırladıb ki, 1990-cı Rusiyada və ABŞ-da Vankevurdan Vladivostoka qədər avroatlantik cəmiyyətin yaradılması ideyası yüksək səviyyədə müzakirə edilirdi, amma indi bu ideya fantastikə görünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru