Ekozyantsdan ermənilərə sual: Vecinizə deyil? – Video

5-06-2019, 10:24           
Ekozyantsdan ermənilərə sual: Vecinizə deyil? – Video

Erməni əsilli ukraynalı tədqiqatçı Filipp Ekozyantsın erməni xalqından aydın bir suala cavab tələb etdiyi yeni videosu yayılıb.

Axar.az xəbər verir ki, tədqiqatçı videoda erməni istifadəçilərdən soruşur: Biz ermənilər qonşularımızla sülh və uyğunluq şəraitində yaşamaq üçün nə etmişik?

Daha sonra tarixçi-tədqiqatçı öz sualını aydınlaşdırmağa çalışır: bu cavablar ermənilərin xoşuna gəlməyəcək və ya onlar ümumiyyətlə cavab tapmayacaqlar.

“Siz və sizin son onilliklər ərzində dəyişən hakimiyyətiniz qonşuları ilə sülh içində yaşamaq üçün konkret olaraq nə ediblər? Bir-birinizdən heç yana qaça bilməzsiniz! Siz onsuz da qonşularınızla yaşayacaqsınız. Variant yoxdur. Yoxsa yenə harasa gedəcəksiniz? Rusiya və Amerikada yeni kilsələr tikəcəksiniz? Özünüz seçməlisiniz”, - Ekozyants bildirib.

Daha sonra tədqiqatçı Dağlıq Qarabağın mənsubiyyəti məsələsinə toxunub:
“Daha bir sualım var: hər yerə Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu bəyan etməyinizdən belə nəticə çıxarmaq olar ki, beynəlxalq ictimaiyyətin fikri vecinizə deyil? Bu sizi maraqlandırmır? Axı bütün beynəlxalq təşkilatlar, o cümlədən BMT Dağlıq Qarabağı Azərbaycan Respublikasının ərazisi kimi tanıyır. Siz isə hökumət səviyyəsində deyirsiniz ki – yox! İndi isə məntiqi bir sual: əgər beynəlxalq ictimaiyyətin fikri vecinizə deyilsə, o zaman niyə elə həmin beynəlxalq ictimaiyyətin erməni “soyqırımı”nı tanımasına nail olmaq istəyirsiniz?”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru