Erməni əsilli nazir istefaya göndərilir? - Qətl...

6-06-2019, 09:22           
Erməni əsilli nazir istefaya göndərilir? - Qətl...
Ukrayna Daxili İşlər naziri, erməni əsilli Arsen Avakovun istefası üçün tələb edilən səs toplanıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. Məlumata görə, nazirin istefasını tələb edən elektron ərizəyə 25 mindən çox insan imza atıb.

Məlumatda o da bildirilir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu nəzərdən keçirmək məcburiyyətindədir.

Qeyd edək ki, Ukraynada mayın 31-də 5 yaşlı uşağın qətlində iki polis ittiham edilir.
Ukrayna DİN-in binası qarşısında aksiya keçirən vətəndaşlar Arsen Avakovun istefasını tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru