Putin dünyanın gözlədiyi qərarı AÇIQLADI: “Geri çəkilirik”

6-06-2019, 19:42           
Putin dünyanın gözlədiyi qərarı AÇIQLADI: “Geri çəkilirik”
Rusiya 2021-ci ildə başa çatacaq Strateji Silahların Azaldılması Razılaşmasından (START) imtina edir.

Fransanın AFP agentliyi xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin açıqlama verib.

Sankt-Peterbuqrda keçirilən Beynəlxalq İqtisadi Forumda (SPIEF 2019) çıxış edən prezident bildirib ki, razılaşmadan çəkilmək üçün hazırlıqlar aparılır.

“ABŞ-ın raketlərlə bağlı razılaşmadan çəkilməsi qlobal təhlükəsizliyi sual altında qoyur. Beynəlxalq silah nəzarəti sisteminin çökməsi məsələsində ciddi risk mövcuddur”-, Putin bildirib.

Qeyd edək ki, START 8 aprel 2010-cu ildə prezident Dmitri Medvedev ilə amerikalı həmkarı Barak Obama arasında imzalanmışdı.

ABŞ Konqresi prezident Donald Trampa ünvanladığı yazılı məktubda razılaşmanın müddətinin uzaldılmasını tələb etmişdi. (publika.az)

FacebookTwitterEmail












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.