ABŞ və Meksika rüsum və miqrasiya barədə razılığa gəlib
8-06-2019, 07:53
Amerika lideri Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar və Meksika rüsum və miqrasiya ilə bağlı saziş əldə edib.
"Report" xəbər verir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb.
"Xəbər verməyə şadam ki, Birləşmiş Ştatlar Meksika ilə razılıq əldə edib. ABŞ-ın bazar ertəsi Meksikaya qarşı planlaşdırdığı rüsum tətbiqi bununla əlaqədar olaraq qeyri-müəyyən müddətə təxirə salınıb", — deyə o bildirib.
Trampın sözlərinə görə, Meksika qanunsuz miqrasiya ilə bağlı mübarizə üçün ABŞ-la sərhəddə qəti addımlar atmağa razılıq verib.