ABŞ F-35 qırıcılarında təlim keçən türk pilotlarını ölkələrinə göndərmək niyyətindədir

8-06-2019, 07:54           
ABŞ F-35 qırıcılarında təlim keçən türk pilotlarını ölkələrinə göndərmək niyyətindədir
F-35 qırıcı təyyarələrində təlim keçən türk pilotları 31 iyula qədər ABŞ-ı tərk etməlidirlər.

Trend-in məlumatına görə, bu barədə "Foreign Policy" jurnalı ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahana istinadən xəbər verir.

Məlumata əsasən, P.Şanahan Türkiyənin milli müdafiə naziri Hulusi Akara iyulun 31-i üçün Florida və Arizona ştatlarındakı bazalarda təlim keçən 42 türk pilotunun sənədlərinin ləğv ediləcəyi və onların bazalara buraxılmayacaqları barədə məlumatın olduğu məktub ünvanlayıb.

Bundan əlavə, ABŞ bu il ölkəyə təlim üçün gələcək 34 türk pilotunu da qəbul etməkdən imtina edib: "Təlimlər baş tutmayacaq, çünki biz Türkiyənin F-35 proqramında iştirakını dayandırırıq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru